İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Avropaya çağırış etdi

Kiyev Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarından sonra Avropanın Moskvaya qarşı sanksiyaları gücləndirməsini gözləyir və əks-hücum əməliyyatını həyata keçirmək üçün əlavə silah tələb edir.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Fransanın LCI telekanalının efirində deyib.

Podolyak deyib ki, Kiyevdə Parisin məsuliyyətli, qətiyyətli olması və tarixi seçim etməsi gözlənilir:

“Rusiya qarşısını ala bilmədiyimiz pilotsuz təyyarələrlə, ballistik raketlərlə bizə hücum edir. Bizə qarşı aviasiyadan, o cümlədən taktiki nüvə silahı ilə təchiz oluna bilən aviasiyadan istifadə olunur və biz ancaq aviasiya sahəsində eyni imkanlara malik olduğumuz halda cavab verə bilərik. Fransanın bu məsələdə nümunə göstərməsi çox arzuolunan olardı”.

Ukrayna Prezident Ofisinin müşaviri əlavə edib ki, o, “Mirage” qırıcılarının Paris tərəfindən çatdırılmasını nəzərdə tutmur. Onun sözlərinə görə, Kiyev Alamniyann koordinasiya etdiyi tank koalisiyasından nümunə götürərək Avropada da “hava koalisiyası”nın yaradılacağını gözləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR