Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Alyaskada keçirilən ilk görüşdə rusiyalı nümayəndələr “demək olar ki, dərhal güzəştə getdiyini” iddia edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Fox News-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu güzəştlər ABŞ tərəfinə Moskvanın daha “sazişə meylli” ola biləcəyini anlamağa kömək edib:
“Alyaskadakı ilk görüşdə ruslar demək olar ki, dərhal güzəştə getdilər. Bu, bizim onların daha səmərəli dialoqa hazır olub-olmadığını görməyimizə yardım etdi”, – deyə Vitkoff vurğulayıb.
O, konkret hansı güzəştlərdən söhbət getdiyini açıqlamasa da, ABŞ-ın Rusiya və Ukrayna ilə danışıqlarda “böyük uğur” əldə edə biləcəyinə inandığını ifadə edib.
Uitkoff əlavə edib ki, ABŞ hazırda atəşkəs barədə razılaşmadan çox, müqaviləvi sülh sazişi üzərində cəmləşib:
“Atəşkəs çox asanlıqla pozula bilər, çünki onun tərkibində lazım olan bütün elementlər olmur. Ona görə bizim məqsədimiz davamlı sülh sazişinə nail olmaqdır”, – deyə o qeyd edib.
Musavat.com
21 Avqust 2025
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ