İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA Rusiyanın Avropa çempionatları ilə bağlı müraciətini rədd etmək istəyir

UEFA Rusiya Futbol İttifaqının (RFS) 2028 və ya 2032-ci ildəki Avropa çempionatına ev sahibliyi ilə bağlı müraciətini rədd etməyə çalışır.

"Report" "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, qitə futbol qurumunun rəhbərliyi məsələ ilə bağlı təcili toplantı keçirmək niyyətindədir.

Ərizənin rədd edilməsi ilə bağlı addımlar artıq işlənmə mərhələsindədir.

Qeyd edək ki, daha əvvəl Türkiyə, Yunanıstan, Bolqarıstan, Serbiya, Rumıniya, Böyük Britaniya və İrlandiya AVRO-2028-i keçirmək üçün UEFA-ya müraciət ünvanlayıb. Yarışlarla bağlı qərar 2023-cü ilin sentyabrında açıqlanacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR