İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç ölkənin müdafiə naziri Kayseridə: kimlərin yenə yuxusu qaçdı...

Ehtiyatda olan polkovnik: “İstisna deyil ki, gələcəkdə hər hansı ittifaq müqavilələrinin bağlanması üçün baza formalaşır”

Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək. Üçtərəfli görüş dekabrın 21-də Türkiyənin Kayseri şəhərində baş tutacaq. Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov  ötən həftə Tiflisdə gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşüb.  Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji əlaqələrin dərinləşdirilməsinin, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Türkiyə-Azərbaycan-Gürcüstan formatı hər üç dövlətin maraqlarına və mənafeyinə uyğun bir formatdır. Bu format xeyli vaxtdır fəaliyyətdədir. Türkiyə NATO-nun üzvüdür. Gürcüstan isə NATO-ya üzvlük yolunda ciddi məsafələr qət etmiş bir dövlətdir, NATO-ya inteqrasiya yolundadır. Azərbaycana gəldikdə isə ölkəmiz hələlik NATO-ya üzvlük kursu seçməsə də, Azərbaycanın da xarici siyasət kursu avroatlantik strukturlara inteqrasiyaya hesablanıb. Türkiyənin Qafqazda artan nüfuzu Azərbaycan və Gürcüstanın maraqlarına uyğundur. Gürcüstan müttəfiq qismində ilk növbədə bu regiona ən yaxın, eyni zamanda nüfuzu olan Azərbaycan və Türkiyəni görür. Türkiyə-Azərbaycan münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir. Türkiyə-Gürcüstan münasibətləri də son vaxtlar sürətlə inkişaf edir. Xüsusən Gürcüstanın NATO-ya inteqrasiyası prosesində Türkiyə ciddi rol oynayacaq. Çünki Türkiyə Gürcüstanla quru sərhədə malik yeganə NATO dövlətidir. Üç ölkənin hərbi sahədə əməkdaşlığı regional sabitliyə töhfə verə bilər. Qonşu ölkələrin hərbi-müdafiə sahəsində əməkdaşlığı regional sabitliyə xidmət edir. Hər üç ölkənin silahlı qüvvələrinin birgə təlimləri onların operativ uyğunluğunu artırır ki, onlar gələcəkdə bir yerdə istər sülhməramlı əməliyyat çərçivəsində, istərsə də gələcəkdə bir ittifaq daxilində olarlarsa, o ittifaq daxilində də birgə müdafiə təlimləri görmək üçün faydalı ola bilər. Azərbaycanın ticarət və nəqliyyat, eyni zamanda enerji yolları Gürcüstan və Türkiyə üzərindən keçir. Bu baxımdan hər üç dövlətin müdafiə və hərbi sahədə əməkdaşlığı və bu əməkdaşlığın inkişaf etdirməsi son dərəcə əhəmiyyətlidir. Əlbəttə ki, ildən-ilə genişlənən bu əlaqələr İranın və Ermənistanın qarnını ağrıdır ki, bunun da səbəbləri bəllidir. Rusiya da bu əməkdaşlıqdan təbii ki, mənmun ola bilməz.

Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” - ŞOK İDDİA

Rövşən Məhərrəmov 

Bu mövzuda ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı strateji xarakterli əməkdaşlıqdır. Bu üç ölkə uzun illərdir çox uğurlu üçlü əməkdaşlıq formatı ortaya qoyublar: “Buraya digər istiqamətlərlə yanaşı, hərbi sahədə əməkdaşlıq da daxildir. Dəfələrlə üç ölkənin birgə hərbi təlimləri keçirilib. Qarşıdakı dövrlərdə də keçiriləcəyi gözləniləndir. Üç qonşu dövlətin arasında sıx əlaqələr davam edir. Bu əlaqələr hər üç ölkənin faydasınadır. Türkiyə ordusu dünyanın ən müasir ordularındandır. Belə bir ordu ilə birgə təlimlər, müxtəlif istiqamətli əlaqələrin inkişaf etdirilməsi Gürcüstanın və Azərbaycanın ordularının inkişafında öz sözünü deyib. Hər iki dövlətin ordusu kifayət qədər güclənib. İstisna deyil ki, gələcəkdə hər hansı ittifaq müqavilələrinin bağlanması üçün baza formalaşır. Türkiyə-Azərbaycan-Gürcüstan əlaqələrinin yüksələn xətt üzrə inkişafı bölgədə sülhə xidmət edir və edəcək. Təəssüflər olsun ki, Cənubi Qafqazda sülh, sabitlik istəməyən qüvvələr, onların maşası olan Ermənistan bu üçlü formatın əlaqələrinin güclənməsindən narahatlıq keçirirlər. Ancaq Azərbaycan, Türkiyə və Gürcüstan heç nəyə baxmadan əməkdaşlığın əhatə dairəsini genişləndirməlidirlər. Bütün qoşun növləri üzrə birgə təlimlər keçirilməlidir. Bu, hər üç ordunun döyüş qabiliyyətinin yüksəldilməsinə gətirib çıxarır. Gələcəkdə hərbi ittifaq yaranmasını da istisna etmirəm”. 

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor rəhbəri İlyas Hüseynov isə bildirdi ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında işbirliyi bütün sahələri əhatə edir. Əlaqələr ən yüksək səviyyədədir və Cənubi Qafqazda qlobal təşəbbüslər həyata keçiriləndə mütləq Bakı-Tiflis-Ankara geosiyasi üçbucağı önə çıxır, məhz onların təşəbbüsləri seçilir. Məhz bu üç dövlətin bu gün həyata keçirdiyi fəaliyyət bölgənin, dünyanın enerji təhlükəsizliyində mühüm töhfələr verir: “Eyni zamanda  nəqliyyat və enerji layihələrinin təhlükəsizliyinin təmin olunması baxımından artıq uzun müddətdir ki, hərbi, hərbi-texniki sahədə dövlətlərin yüksək səviyyəli strateji tərəfdaşlığı mövcuddur. Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 9-cu üçtərəfli görüşünün keçirilməsi də buna bir sübutdur. Eyni zamanda müxtəlif təhdidlərin neytrallaşdırılması, sülhün və təhlükəsizliyin daha da dayanıqlı olması baxımından müdafiə nazirlərinin bir sıra çox mühüm məsələləri müzakirə edəcəyi şübhəsizdir. Bu görüş siyasi nəticələrlə də yadda qalacaq. Çünki bu gün qlobal miqyasda siyasi transformasiyalar həyata keçirilir və Gürcüstan açıq-aydın şəkildə avroatlantik strukturlara inteqrasiya yolunu tutub, Türkiyə NATO-nun ikinci güclü hərbi dövlətidir, Azərbaycan öz hərbi inkişaf doktrinasını Türkiyə modelinə uyğunlaşdırır. Bu baxımdan hər üç dövlətin hərbi sahəyə məsul şəxslərinin toplantısı həm də gələcəkdə müxtəlif əməliyyatların həyata keçirilməsi ilə nəticələnə bilər”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR