İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç il Rusiyada həbsdə olan amerikalı hərbçi vətəninə qayıdıb

ABŞ Hərbi Dəniz Donanmasının keçmiş dənizçisi Trevor Rid Rusiya həbsxanasında təxminən üç il qaldıqdan sonra ABŞ-dakı bir rusiyalı ilə mübadilədən sonra cümə axşamı vətənə qayıdıb.

Rid sərxoş halda iki Moskva polisinin həyatını təhlükəyə atmaqda təqsirli bilinib. ABŞ məhkəmə prosesini "absurd bir teatr" adlandırıb.

Rid vətəni Texasa qayıdıb və sağlamlığının yoxlanması üçün bir neçə gün hərbi xəstəxanada qalacaq.

Texaslı konqresmen Ridin gəlişinin fotolarını tvitter-ə yerləşdirib.

"Rid ailəsi üçün çox həyəcanlı bir gün oldu. Trevor ABŞ-a qayıtdı" - deyə, Ridin anası Pola Rid cümə axşamı səhəri tvitter səhifəsində yazıb.

Rid ABŞ-a narkotik keçirməyə cəhddə təqsirli bilinən Rusiya pilotu Konstantin Yaroşenkoya ilə dəyişdirilib. O, 2010-cu ildə Liberiyada ABŞ-ın xüsusi təyinatlıları tərəfindən həbs edilib.

Bildirildiyinə görə, rəsmi mübadilə Türkiyənin hava limanında baş tutub.

"Filmlərdə olduğu kimi, Amerika təyyarəsi Rusiya təyyarəsinin yanında dayandı və onlar hər iki məhbusu eyni anda çıxardılar" - deyə, Trevorun atası Coy bildirib.

ABŞ eləcə də 2020-ci ilin iyununda casusluq ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilən başqa bir amerikalını, keçmiş dəniz piyadası Pol Vilanın azad edilməsinə çalışır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR