İnsanlara hürriyət, millətlərə istiqlal!

Tvitterin xarici seqmentində İranla bağlı ilginc PAYLAŞIMLAR  



Tviterin xarici seqmentində 20-21 dekabr tarixlərində İranla bağlı maraqlı paylaşımlar edilib.

Musavat.com həmin paylaşımların bir qismini diqqətə çatdırır:


BMT İnsan Hüquqları Şurası: “İnsan Hüquqları Şurasının prezidenti Federiko Villeqas İran İslam Respublikası üzrə bu yaxınlarda yaradılmış faktaraşdırıcı missiyanın üzvlərini təyin edib: banqladeşli Sara Hossain (sədr), pakistanlı Şahin Sərdar Əli, argentinalı Viviana Krsticeviç”;

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel: “İran-Avropa İttifaqı münasibətlərinin pisləşməsi fonunda İordaniyada İranın xarici işlər naziri Əmir Abdullahian ilə önəmli görüşümüz baş tutdu. Rusiyaya hərbi dəstəyin, həmçinin İranda daxili repressiyaların dərhal dayandırılmasının vacibliyini vurğuladım. Kommunikasiya yollarını açıq saxlamaq və Vyana danışıqları əsasında Birgə Hərtərəfli Fəaliyyət Planı sazişini bərpa etmək barədə razılığa gəldik”;

ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Melli: “Səfir Robert Vudun dünən BMT-də dediyi kimi, “İran liderlərinin masa üzərində olan və hamı tərəfindən bəyənilən razılaşmadan üz döndərməsi ilk dəfə baş vermədi. Lakin bu son hadisə Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin tam və sürətli şəkildə həyata keçirilməsinə dair ümidimizi puç etdi”;

“Arms Control Association” təşkilatının əməkdaşı Kelsi Davenport: “Əgər İran həqiqətən də Birgə Hərtərəfli Fəaliyyət Planı sazişini bərpa etmək istəyirsə, atacağı addımlar bəllidir: MAQATE-nin təminatları məsələsini İran sazişinin bərpası məsələsindən ayırd etmək və ya sadəcə MAQATE-nin suallarına inandırıcı cavablar vermək, Vaşinqtonla danışıqlara başlamaq”;

“Sabitliyi daha da pozan gərginliyin qarşısını almaq üçün İranla nüvə diplomatiyası qurmalıyıq, lakin hazırkı siyasət böhranı sabitləşdirmək niyyətində deyil. Aydındır ki, İran Birgə Hərtərəfli Fəaliyyət Planı sazişini bərpa etmək üçün tələb olunanları etməyə hazır deyil, ona görə də diplomatik alternativlər haqqında danışmağa başlamağın vaxtıdır”;

“The Wall Street Journal” qəzetinin əməkdaşı Lorens Norman: “Eynilə. Dəyişiklik yoxdur. Status-kvo qorunub saxlanılır. İran razılaşmanın bərpası perspektivləri ilə bağlı özü ilə uzun, təkrarlanan, mənasız müzakirələr aparır. Başqaları ilə aparılan danışıqlar önəmli deyil. Və bu, xalqı aldadaraq, sırf rejimə xidmət etmək üçün edilir”;

Jurnalist Omid Memaryan: “Taraneh Alidoostinin həbsi rejimin qorxaqlığından xəbər verir. Aktyor və aktrisaların mübarizəyə qoşulması, repressiyalara qarşı durması onları dəhşətə gətirir. Bunun bitməsinə hələ çox var. Lama Həsənə təşəkkürlər”;

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski: “Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin bərpası İrandakı cəsur inqilabçıların üzünə vurulmuş bir sillə olacaq. Birləşmiş Ştatlarda gələcəyi və davamlı siyasi dairəsi olmayan bir razılaşma üçün vaxtınızı boş yerə sərf etməyi dayandırın”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR