İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənlərin vətəndən qaçmasıma maneə - zəmanət məktubu

Qazaxıstana getmək istəyən Türkmənistan vətəndaşlarından geri qayıtmağı öhdələrinə götürdükləri zəmanət məktubu tələb olunur.

Musavat.com xarici medaya istinadən xəbər verir ki, hakimiyyətin bu tələbi üçüncü ölkələrə gedənlərin sayının artması ilə izah olunur.

“Təxminən 15 gündür ki, Qazaxıstana viza əsasında getmək istəyən vətəndaşlar, eləcə də bu ölkədə qohumları olan etnik qazaxlar yeni tələblə üzləşiblər. Onlardan büdcə təşkilatında çalışan yaxın qohumunun adından notarius tərəfindən təsdiq edilmiş, başqa ölkələrə getməyəcəklərinə dair zəmanət məktubu təqdim etmələri tələb olunur”, - “Azadlıq” radiosunun müxbiri bildirib.

Vətəndaşlar yeni tələbi yalnız sənədlərin yoxlanılması zamanı sərhəd-keçid məntəqəsinə gəldikdə öyrənirlər. Eyni zamanda, sərhəd məntəqəsinin əməkdaşları yeni tələb nəzərdə tutan heç bir yazılı göstəriş təqdim etmirlər. MTN və Miqrasiya xidmətinin əməkdaşları yeni tələbi Qazaxıstana gedən Türkmənistan vətəndaşları arasında son vaxtlar Rusiya, Türkiyə və Avropa ölkələrinə gedənlərin çox olması ilə izah edirlər. Miqrasiya xidmətinin əməkdaşı bildirib ki, aylıq viza ilə Qazaxıstana gedənlərin təxminən üçdə biri bu ölkədən üçüncü ölkələrə getməyə nail olub.

“Qazaxıstan qanunvericiliyi aylıq viza ilə gələn əcnəbilərə viza almaq üçün başqa ölkələrin səfirliklərinə müraciət etməyə və bu ölkələrə səyahət etməyə icazə verir. Türkmənlər də bu fürsətdən istifadə etməyə başlayıblar”, - mediaya danışan miqrasiya məmuru deyib.

Onun qeyd etdiyi kimi, sərhəd-keçid məntəqəsi işçilərinin sözlərinə görə, ölkədən gedən hər bir Türkmənistan vətəndaşının geri qayıtmasına görə məsuliyyət MTN və Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının üzərinə düşür və bununla əlaqədar indi vətəndaşların sərhədi keçməsinə zəmanət məktubu olduqda icazə verilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR