İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistan prezidenti barda dalaşan biboğlusunu işdən çıxardı

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov bibisi oğlu Əhməd ​​Gəldimuradovu Aşqabad barlarından birində dava-dalaş saldığına görə “Türkmənqaz” dövlət konserninin sədr müavini vəzifəsindən azad edib.

Musavat.com Turkmen.info-ya istinadla xəbər verir ki, elitar müəssisədə məzuniyyət zamanı həddindən artıq sərxoş vəziyyətdə olan Gəldimuradov prokurorun başına butulka çırpıb. Hadisə təxminən bir ay əvvəl baş verib. Dava anı müəssisə daxilindəki müşahidə kameralarına düşüb. Mənbə nəşrə bildirib ki, səs yazısı daha sonra prezident və onun atası Qurbanqulu Berdiməhəmmədova göstərilib. Qısa müddətdən sonra dava edən şəxs işdən çıxarılıb. Bu hadisələrdən sonra Gəldimuradov ailəsi ilə birlikdə dincəlmək üçün Dubaya yola düşüb.

Əhməd ​​Gəldimuradov Qurbanqulu Berdiməhəmmədovun bacılarından ən kiçiyi Mehri Berdiməhəmmədovanın oğludur. Eks-prezidentin digər bacısı Gülnabat Dövlətovadan fərqli olaraq, o, tez-tez müstəqil medianın diqqətinə düşmür.

Nəşr qeyd edir ki, prezident Sərdar Berdiməhəmmədov qohumlarına atası və sələfi ilə müqayisədə daha az sədaqət göstərir. Belə ki, o, bibisi Gülnabat Dövlətovanı Türkmənistan Milli Qızıl Aypara Cəmiyyətinin rəhbəri vəzifəsindən istefa verməyə məcbur edib. 2022-ci ilin payızında isə Aşqabadda Dövlətovanın kürəkəni İbabəkir Bekdurdıyevə məxsus nəbatat bağı və gürcü restoranları sökülüb. Söküntüyə səbəb nəbatat bağında baş verən bıçaqlanma, eləcə də hər iki müəssisənin botanika bağının ərazisində qanunsuz tikilməsi olub. Nəhayət, oktyabrın sonunda Dövlətovanın digər kürəkəni Rəhimberdi İşanquliyev “Türkmənistan Hava Yolları” QSC-nin baş direktorunun müavini vəzifəsindən azad edilib. İşdən çıxarılmanın səbəbi məlum deyil, lakin bu qərarın “prezident aparatının diktəsi” olduğu bildirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR