İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə yardım məqsədi ilə qeydiyyatdan keçən Azərbaycan sahibkarlarının sayı milyonu ötüb

Türkiyəyə yardım məqsədi ilə qeydiyyatdan keçən Azərbaycan sahibkarlarının sayı bir milyondan çoxdur.

“Report” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Bakı KOB evi”ndə keçirilən Türkiyədə baş vermis zəlzələdən zərər çəkənlərə dəstək məqsədi ilə Azərbaycanın dövlət və özəl qurumlarının dəstəyi ilə yaradılmış “Qardaş köməyi” dəstək platformasının təqdimatı mərasimində deyib.

M.Musayev sahibkarları bu işdə fəal iştirak etməyə çağırıb:

“Azərbaycan Türkiyəyə yardım məqsədi ilə edilən dəstək təşəbbüsə qoşulan ilk ölkədir. Sahibkarların etdiyi ianələrin məbləği hesablandıqdan sonra dəqiq məlumat veriləcək”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 7 108 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 40 910 nəfər yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR