İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türkiyəyə başsağlığı vermişik, nə edək, nəğmə oxuyaq?” – Simonyan müxalifətə sərt cavab verdi

“Zəlzələ ilə bağlı Türkiyəyə başsağılğı vermişik, düz eləmişik!”. Azpost.info bildirir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan müxalifətin iclas zamanı ona bununla bağlı ünvanlanmış sualına cavab verərəkən deyib.

“Deyirsiniz ki, niyə başsağlığı verimisiniz? Mən başsağlığı vermişəm, düz eləmişəm. Siz başa düşürsünüzmü ki, fəlakət nəticəsində 10 minlərlə dinc insan həlak olub. Biz xristianıq, buna reaskiya verməyə bilmərik. Bu fəlakətə bütün dünya kədərlənib, başsağlığı göndərir. Hətta Kipr belə yardım göndərib“-deyə spiker vurğulayıb.

Müxalifətin “Türkiyə düşmənimizdir yoxsa yox?” sualına spiker belə cavab verib: “Nə etməliyik? İstanbulu qan gölünə bələyəcəyimiz haqqıda nəğmə oxumalıyıq? Hamıdan yaxşı olmağımız, ilk xristian ölkəsi olmağımız barədə tost qaldırmalıyıq? Sizin bu fəlsəfənizin bizi hara apardığını görmüşük. Nə edək? Gəlin yığışaq 90 milyonluq Türkiyəyə hucum edək? Variantınız nədir? Problemlərimiz varsa onu bu günün reallığından çıxış edərək həll etməliyik”.

Parlament sədri deyib ki, Ermənistan bu gün öz təhlükəsizliyini təmin etmək istəyir.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR