Onlayn ictimai-siyasi qəzet
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlir.
Bu barədə Musavat.com-a Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, Cevdet Yılmaz dekabrın 20-də Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edəcək.
Amma maraqlıdır ki, adətən Türkiyə Prezidenti və vise-prezidenti ilk səfərlərini ya Azərbaycana, ya da Şimali Kipr Türk Cümhuriyyətinə edirdilər.
Bu baxımdan Türkiyə vitse-prezidentinin qrafikində dəyişiklik edilməsi və onun ilk xarici səfərini Azərbaycana deyil, Türkmənistana etməsi qəribə görünür. Çünki Cevdet Yılmaz dekabrın 5-6-da Türkmənistanda səfərdə olub, Azərbaycana isə yalnız dekabrın 20-də gəlir.
Düşünmək olar ki, bunun üçün cənab Yılmazın hansısa səbəbləri olub və ümid edirik ki, gələcəkdə artıq formalaşmış ənənə pozulmayacaq.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ