Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak həftəsonu vəzifəsindən istefa ərizəsi yazıb. Bu barədə qərarla tanış olan mənbələrə istinadən RБК məlumat yayıb. Bildirilir ki, yaxın günlərdə Kozak kollektivlə vidalaşacaq və biznes sahəsinə keçidlə bağlı müxtəlif təklifləri nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, Dmitri Kozak illərdir prezident Vladimir Putinin ən yaxın çevrəsində yer alan fiqurlardan biridir. O, Ukrayna, Qarabağ və postsovet məkanındakı həssas proseslərdə Kremlə ən çox etimad edilən vasitəçi kimi çıxış edib. Məhz buna görə də onun qəfil istefası Moskva elitasında ciddi suallar doğurub.
Rəsmi versiyaya görə, Kozak biznes təkliflərini nəzərdən keçirir. Lakin analitiklər bildirirlər ki, yüksəkvəzifəli məmurların biznesə keçməsi Rusiyada tez-tez rast gəlinən haldır və çox vaxt bu addım siyasi manevr kimi qiymətləndirilir.
Keçmiş Administrasiya rəhbəri Aleksandr Voloşin Kreml komandasında çalışdıqdan sonra böyük korporasiyaların – RАО «ЕЭС Rossii» və «NorNikel»in idarə heyətlərinə rəhbərlik edib. Digər nümunə isə Aleksey Kudrindir: Hesablama Palatasının rəhbəri postundan sonra «Yandeks»də korporativ müşavir kimi fəaliyyətini davam etdirib.
Musavat.com yazarına görə, Kozakın gedişi sadəcə “biznesə transfer” deyil, həm də Kreml daxilində qüvvələr balansının dəyişdiyinin göstəricisi ola bilər. Çoxillik silahdaşını itirən Putin, əslində, bu prosesi özü idarə edir. Beləliklə, Kremlin ən etibarlı kadrlarından birinin səhnədən uzaqlaşdırılması Moskvanın siyasi sistemində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.
Musavat.com
18 Sentyabr 2025
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ