Onlayn ictimai-siyasi qəzet
Türkiyənin dövlət şirkəti BOTAŞ təbii qaza görə Rusiyaya 27.5 milyard dollar borcunun olması barədə xəbərləri təkzib edib.
Musavat.com şirkətin açıqlamasına istinadən xəbər verir ki, Türkiyənin Rusiyaya 27.5 milyard dollar qazpulu borcunun yığılması və Ankaranın həmin borcun restrukturizasiya olunmasını xahiş etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir.
BOTAŞ böyük investisiya və ticarət sazişlərinin imzalandığı indiki mərhələdə belə məlumatların yayılmasını məqsədyönlü təxribat kimi qiymətləndirir.
Qeyd edək ki, ötən ilin payızından Türkiyənin qaza görə Rusiyaya borcunun yığılması, Ankaranın onun ödənməsində möhlət istəməsi barədə məlumatlar həm Türkiyə, həm də Rusiya mətbuatında yayılmaqdadır.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ