İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin ədliyyə naziri Əkrəm İmamoğlunun işi ilə bağlı çağırış edib

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digərlərinin həbs edilməsinə münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə nazir “X” hesabında yazıb.

“Məhkəmə prosedurları elə aparılır ki, onlar hüquq sistemi daxilində yoxlamaya açıq olsun. Araşdırmalar hələ də davam edir. İstintaq və məhkəmə proseslərində qərar qəbul edərkən hakimlər işin əhatə dairəsi ilə məhdudlaşır. Onlar ittihamlara, müdafiələrə və sübutlara əsaslanaraq hüquqi nəticələrə gəlirlər. Bu kontekstdə hazırkı məhkəmə prosesini siyasi istintaq kimi xarakterizə etmək düzgün deyil. Siyasi motivlərə hüquqi qiymət vermək isə ictimai mühitdə yanlış anlayış yarada bilər. Bu həm də qanunun aliliyinin pozulmasıdır”, - Y. Tunc qeyd edib.

Nazir məhkəmə sisteminə etimad göstərməyə və prosesin bütün aspektləri üzrə başa çatmasını gözləməyə, şərh və qiymətləndirmələrə təmkinlə yanaşmağa çağırıb.

“Unudulmamalıdır ki, hər kəs, xüsusən də məsul vəzifələrdə çalışanlar öz açıqlamalarında daha diqqətli və məsuliyyətli olmalı, cəmiyyətdə anlaşılmazlığa səbəb ola biləcək xüsusiyyətlərdən uzaq olmalıdırlar”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR