İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiya nəzarətindəki ərazilərlə bağlı güzəştə getməyə hazırdır - ŞƏRTLƏR

The Telegraph qəzeti Avropa diplomatik mənbələrinə istinadən xəbər verir ki, Ukrayna döyüşlərin dayandırılması variantını nəzərdən keçirməyə hazırdır.

Musavat.com bildirir ki, şərtə görə, Rusiya hazırda nəzarət etdiyi işğal olunmuş əraziləri – Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsi, eləcə də Krım üzərində faktiki nəzarəti saxlayacaq.

Nəşrin məlumatına görə, Prezident Volodimir Zelenskinin mövqeyində belə yumşalma ehtimalı Donald Tramp və Vladimir Putin arasında Alyaskada keçiriləcək görüş ərəfəsində diplomatik dairələrdə müzakirə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR