Onlayn ictimai-siyasi qəzet
"Bu yaxınlarda ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında bağlanmış razılaşma və Zəngəzur dəhlizi marşrutunun yaradılması İranın milli təhlükəsizliyi və Cənubi Qafqaz regionunun sabitliyi üçün ciddi həyəcan təbilidir".
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, bunu İran Parlamentinin Təhsil Komissiyasının üzvü Fərşad İbrahimpur qərəzli açıqlamasında deyib.
İran rəsmisi iddia edib ki, bu layihə sırf iqtisadi layihə deyil, daha çox İrana qarşı geosiyasi təsir və mühasirəyə alınması üçün böyük strategiyanın bir hissəsidir:
"İran İslam Respublikası tarixən Qafqaz regionunun təhlükəsizliyi, ticarəti və mədəniyyətində mühüm rol oynayıb. Ölkəmizin strateji mövqeyini və imkanlarını məhdudlaşdırmaq və ya zəiflətmək üçün tətbiq edilən planlara imkan verməyəcəyik.
Diplomatik orqanı ölkənin bütün hüquqi, siyasi, iqtisadi və təhlükəsizlik imkanlarından istifadə edərək, bu tendensiyaya qarşı təcili tədbirlər görməyə qətiyyətlə çağırırıq".
Musavat.com
13 Avqust 2025
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ