İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampla Putinin görüşəcəyi şəhərin hava məkanı bağlanacaq

Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla planlaşdırılan görüşü ilə əlaqədar avqustun 15-də Alyaskada yerləşən Ankoric şəhəri üzərində hava məkanı bağlanacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

“Amerika hakimiyyəti bu ştatın ən böyük şəhəri üzərində səmanı 30 mil (48,3 kilometr) radiusda və 18 min fut (təxminən 5,5 min metr) hündürlükdə bağlayacaq”, - materialda deyilir.

Məhdudiyyətlər bir gün qüvvədə olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR