Onlayn ictimai-siyasi qəzet
Biləsuvar rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində həlak olan ata və körpə qızının fotoları yayılıb.
Musavat.com xəbər verir ki, dünyasını dəyişən şəxs – 1993-cü il təvəllüdlü Elşən Niftəliyev Saatlı rayonunun Tatar kənd orta məktəbində informatika müəllimi işləyirdi. O, hadisə zamanı 6 aylıq qızı Ahu Niftəliyeva ilə birgə həlak olub.
Qeyd edəkki, qəza köhnə Ələt–Astara avtomobil yolunun 90-cı kilometrində, Biləsuvar rayonu ərazisində baş verib. Elşən Niftəliyevin idarə etdiyi VAZ-2115 markalı avtomobil “Mercedes-Benz” markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində E.Niftəliyev və körpə qızı hadisə yerində keçinib, həyat yoldaşı Günay Niftəliyeva ağır xəsarət alıb. “Mercedes-Benz”də olan sərnişinlər Gülağa Qurbanov və Şəhla Orucova da xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ