İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin açdığı sərhəd qapısından keçən Ermənistan yardım karvanları Hələbə belə daxil oldu - VİDEO

Ermənistandan Suriyanın Hələb şəhərinə göndərilən 80 tonluq humanitar yardım karvanı ünvana çatıb. Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia” yayıb. Humanitar yardım daşıyan maşın karvanı Türkiyə ilə Ermənistan arasında sərhəd keçid nöqtəsi olan Marqara Sərhəd Buraxılış Məntəqəsindən keçərək Suriyaya daxil olub.

Məlumatda qeyd edilir ki, Marqara keçid məntəqəsi martın 21-dən 31-dək fəaliyyət göstərəcək. Ermənistan tərəfi bu addımı Suriyada, xüsusilə Hələb və ətraf bölgələrdə yaşayan erməni əsilli suriyalılara yardım məqsədilə atdığını bildirib.

Lakin bu proses Azərbaycanda narahatlıq doğurub. Musavat.com xatırladır ki, Azərbaycan mediası və ictimaiyyəti Ermənistan-Türkiyə sərhədinin bu şəkildə açılmasını, üstəlik bunun rəsmi Bakı ilə razılaşdırılmadan baş tutmasını sual altına alıb. Ekspertlər bu kimi addımların davamlı xarakter alması təhlükəsini də gündəmə gətirirlər.

Azərbaycan ictimaiyyəti hesab edir ki, regionda baş verən bu kimi proseslər Bakı ilə razılaşdırılmalı və qardaş dövlətlərin qarşılıqlı etimad və güvən prinsiplərinə uyğun şəkildə aparılmalıdır.

Musavat.com sözügedən karvanın Həlıb şəhərinə girişini əks etdirən video görüntüləri təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR