Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur aktyoru Görkem Sevindik qəzaya düşüb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Beşiktaş rayonunun Bebek ərazisində baş verib.
36 yaşlı Sevindik motosikletlə hərəkətdə olarkən park edilmiş avtomobildən düşən qadının qəfildən qapını açması ilə qəza törədib.
Motosikletini qəza yerində qoyan aktyor daha sonra dostuna zəng edərək xəstəxanaya gedib.
"Allah qorudu. Daha sürətli getsəydim, hər şey başqa cür ola bilərdi. Əlim sınıb, gipsə salıblar", - aktyor bildirib.
Qeyd edək ki, Görkem Sevindik son olaraq "Ateş Kuşları" serialında rol alıb.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ