İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli aktrisa 2016-cı ildə çəkildiyi seriala görə ifadə verdi

Türkiyəli aktrisa Melisa Sözen 2016-cı ildə iştirak etdiyi Fransa istehsalı "Le Bureau des Legends" serialı ilə əlaqədar ifadə verməyə çağırılıb.

Musavat.com xəbər verir ki, serialın üçüncü mövsümündə PKK/YPG-yə aid olduğu iddia edilən bir formada görünməsi səbəbindən araşdırmalar başlayıb.

Aktrisa "terror təşkilatının təbliğatı" ittihamı ilə verdiyi ifadədə, geyindiyi paltarın belə bir təşkilatı simvolizə etdiyini anlamadığını qeyd edib:
"Filmdə agent obrazını canlandırırdım. Serial Türkiyədə yayımlanmadı. Mən hər zaman ölkəmi və millətimi sevmişəm". 

Melisa Sözenin rol aldığı serialda, o, İŞİD-ə qarşı döyüşən ikili agent obrazını canlandırıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR