İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən Qara dənizdəki qaz yatağı ilə bağlı addım...

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Qara dəniz qaz yatağını quruda paylayıcı terminal ilə birləşdirib.

“Report” xəbər verir ki, bu barədə şirkət tvitter səhifəsində məlumat yayıb.

“Sakaryadakı qaz yatağımızı quru terminalına birləşdirən boruların quraşdırılması uğurla başa çatdırılıb. Bu işlər, aprelin 20-dən ölkə paylayıcı sistemə qazın vurulmasına başlamaq məqsədi ilə həyata keçirilib” - məlumatda deyilir.

Martın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Filyos şəhərindəki qaz emalı zavoduna ilk qazın vurulması mərasimi aprelin 20-də, Ramazan ayının son günü keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR