İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki zəlzələ sui-qəsddir? – şok görüntülər yayıldı – Tural Abbaslı ilə “Canlı debat”

Zəlzələ bölgəsindəki dağıntıların görüntülərindən yaranan emosional sarsıntıya görə bir çoxları sui-qəsd nəzəriyyələrinə və əsassız ittihamlara qapıldılar.

Bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyədə 6 fevralda böyük tələfat və dağıntılara səbəb olan dəhşətli zəlzələlərin süni şəkildə yaradıldığı haqda irəli sürülən ehtimallar haqqında deyib.

“Bəşəriyyət 17 km dərinlikdə yüzlərlə nüvə bombasının gücünə bərabər partlayış təşkil edə biləcək texnologiyaya malik deyil. Nəinki episentrdəki müasir evlər, hətta təxminən 2 min il əvvəl tikilmiş Roma qalası belə fəlakətin təsirinə tab gətirə bilmədi. Görünür, insanlar öz qüdrətlərinə o qədər inanırlar ki, reallığı qəbul etməkdən imtina edirlər”, - politoloq bildirib.
Qeyd edək ki, 6 fevralda baş verən 7,4 və 7,7 ballıq zəlzələlər nəticəsində qardaş ölkədə, son məlumata görə, 6234 nəfər ölüb, 37 mindən çox insan yaralanıb.

Zəlzələnin əks sədaları, ölü sayının sürətlə artması, bəzi dövlətlərin atdığı addımlar və gündəmdəki digər sualları bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR