İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə zəlzələlərdə dağılan binalarla bağlı həbs olunanların sayı artdı

İstintaq çərçivəsində 99-u podratçı, 149-u tikinti nəzarətçisi, 13-ü bina sahibi, 18-i binada dəyişiklik edən şəxs olmaqla, bütövlükdə 279 şübhəli həbs edilib.

Musavat.com Anadolu agentliyinə istinadən xəbər verir ki, 77-si podratçı, 217-si binaya cavabdeh, 45-i bina sahibi, 31-i isə binada dəyişiklik edən 370 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.

Bundan başqa, 250 şübhəli barəsində saxlanılma, 95 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.

Türkiyə Baş Prokurorluğu şübhəlilərdən 50-nin həyatda olmadığını, 2 nəfərin isə həbsdə olduğunu müəyyən edib.

Araşdırmalar zamanı 22 şübhəlinin xaricdə olduğu aşkar edilib. 103 şübhəli isə ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR