İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə yol qəzasında 3 turist həlak olub

Türkiyənin kurort zonası Alanyada baş verən növbəti qəzada 3 turist həlak olub. Onlardan ikisi qazaxıstanlı, bir rusiyalıdır.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, yol qəzası iki avtomobilin toqquşması nəticəsində baş verib.

“Qəza nəticəsində safari avtomobilində olan Qazaxıstan vətəndaşı, jurnalist Araylım Bakıtcan hadisə yerində, rusiyalı turist Olqa Jukova və 2 yaşlı qazaxıstanlı Sımbat Nasipqali aparıldıqları xəstəxanada ölüblər”,- media xəbər verir.

Hər iki avtomobildə olan və  yaralanan 17 nəfərdən altısının Türkiyə, yeddisisin İsrail, ikisinin Rusiya və ikisisinin Qazaxıstan vətəndaşı olduğu bildirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR