İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə vəfat edən xanım jurnalistin qardaşı da illər əvvəl faciəvi şəkildə ölüb - FOTO

Ötən gün vəfat edən azərbaycanlı jurnalist Günel Cavadxan 4 il əvvəl qardaşı Yusif Məmmədovu itirib.

Musavat.com baku.ws-ə istinadən bildirir ki, o dənizdə boğulan uşaqları xilas edərkən suda batıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yusif Məmmədov Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində boğulub
.
Ailəli olan Yusifin qızı 16, oğlu isə 13 yaşındadır.

O ölkədəki banklardan birinin filial müdiri olub.

Məlumat üçün bildirək ki, Günel Cavadxan jurnalist fəaliyyəti ilə yanaşı PR-menecer kimi də çalışıb.

O ötən gün Türkiyədə beyninə qansızmadan vəfat edib.

Günelin nəşi İstanbuldan Bakıya gətirilib. Onun yas mərasimi Heydər məscidində baş tutacaq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR