İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə turistləri daşıyan mikroavtobus uçuruma düşüb, 18 nəfər yaralanıb

Türkiyədə Qara dəniz sahilindən Malatya şəhərinə qayıdan və turistləri daşıyan mikroavtobus uçuruma düşüb. Nəticədə 18 nəfər xəsarət alıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, qəza Tunceli-Ərzincan yolunun 44-cü kilometrliyində baş verib. Sürücü idarəetməni itirib və avtobus yoldan çıxıb.

Hadisə yerinə çox sayda həkim, xilasedicilər, yanğınsöndürənlər və jandarma briqadaları göndərilib. Yaralılar Tunceli Dövlət Xəstəxanasına çatdırılıb, onlara tibbi yardım göstərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR