İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə təyyarə qəzaya uğradı

Türkiyənin Adana şəhərində ultralight tipli təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Musavat.com xəbər verir ki, hadisə avqustun 1-də saat 19:20 radələrində Yüreğir rayonunun Özler məhəlləsində yerləşən Kelaynak uçuş zolağında baş verib. Özəl bir aviasiya şirkətinə məxsus, TC-UOI nömrəli ultralight tipli təlim təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarənin pilotu, 39 yaşlı Burak Yürekli və sərnişin Şeyda Doğan ağır yaralanıb. Hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürən və xilasedici qruplar cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı istintaq başladılıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR