İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə terror aktı ilə əlaqəli olduğu şübhəli bilinən daha 8 nəfər saxlanıb

Türkiyədə bu il noyabrın 13-də İstanbulda törədilmiş terror aktı ilə əlaqəli olduğu şübhəli bilinən daha 8 nəfər saxlanılıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, saxlanılan şəxslər terrorçulara yardım etməkdə və onları gizlətməkdə şübhəli bilinirlər.

Saxlanılan iki şəxsin həmçinin terror aktını törədən Suriya vətəndaşı Əhlam Əlbəşirə Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə keçməyə kömək etdikləri bildirilir.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Terror aktını törətməkdə şübhəli bilinən Ahlam Albashır saxlanılıb.

Albashır PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu terror aktı ilə bağlı ABŞ-ın başsağlığını qəbul etmədiklərini açıqlamışdı.

Toğrul İSMAYIL
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR