İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə tarixi ixrac rekordu əldə edilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, yanvar ayında ölkə tarixində ən yüksək ixrac göstəriciləri əldə olunub.

Musavat.com xəbər verir ki, o, bunu Nazirlər Kabinetinin Ankarada keçirilən iclasından sonra deyib:

"Türkiyə iqtisadiyyatına xarici inamın artması bizi sevindirir. Yanvar ayı ixracatımız keçən ilin eyni ayı ilə müqayisədə 3,6 faiz artaraq 20 milyard dollara çatıb. Beləliklə, tariximizin ən yüksək ixrac həcminə nail olduq. Məşğulluq sahəsində müsbət atmosfer davam edir, işsizliyin azaldılması bizim əsas prioritetimizdir”.

O xatırladıb ki, hakimiyyət bundan əvvəl inflyasiya və böhran prosesləri ilə mübarizə üçün kompleks iqtisadi proqram hazırlayıb. Onun sözlərinə görə, yaxın gələcəkdə ölkədə bu proqramın icrası kontekstində, xüsusən də inflyasiya məsələsində müsbət dəyişikliklər müşahidə olunacaq.

Turizm sektorunda perspektivlərdən danışan Ərdoğan deyib ki, hakimiyyət turizmdən 60 milyard dollar gəlir əldə etməyi gözləyir. "2023-cü il tariximizin turizm sahəsində ən yaxşı ili oldu. Turizm gəlirlərimiz əvvəlki ilə nisbətən 17 faiz artaraq 2023-cü ilin sonunda 54,3 milyard dollara çatıb. 2024-cü il üçün hədəfimiz 60 milyon qonaq və turizmdən 60 milyard dollar gəlirdir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR