Onlayn ictimai-siyasi qəzet
Türkyənin Şırnak vilayətində İraqla səhədi pozaraq motorlu paraşütlə ölkəyə keçmək istəyən 4 terrorçu məhv edilib.
Bu haqda məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz sosial media hesabında paylaşıb.
Məlumatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığına aid “AKINCI” PUA-sı tərəfindən 4 nəfərin motorlu paraşütlə sərhədi pozaraq Türkiyəyə keçdiyi müəyyən olunub.
Terrorçular düşdükləri yerdə məhv ediliblər. Onların üzərindən 2 ədəd M-16 avtomat silahı, 2 ədəd M-4 avtomat silahı, 2 mobil telefon, 1 lazer məsafə ölçən, 1 ədəd “Glock” tipli tapança, 3 ədəd güllə darağı, 6 batareya bloku, 1 motosiklet akkumulyatoru və digər şeylər aşkarlanaraq götürülüb.\\apa
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ