Onlayn ictimai-siyasi qəzet
Türkiyə parlamentində idxal olunan mayeləşdirilmiş təbii qazın (LNG) satışına icazə verən qanun layihəsinin qəbul edilməsi Ankaraya Rusiya və Azərbaycandan Avropaya əlavə həcmdə enerji resurslarının sürətlə çatdırılmasına imkan verəcək.
Musavat.com xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Təchizatçıları Birliyinin rəhbəri Yaşar Arslan deyib.
Onun fikrincə, yaxın illərdə ixrac olunacaq idxal müqavilələri, Qara və Aralıq dənizlərindən qaz hasilatının artırılması Türkiyənin xüsusilə Şərqi Avropaya qaz ixracı imkanlarını genişləndirəcək.
Qeyd edək ki, parlamentin mayın 2-də qəbul etdiyi qanun Türkiyənin beynəlxalq qaz mərkəzinə çevrilməsi üçün qanunvericilik bazasını gücləndirən sənəd hesab olunur.
Türkiyənin Enerji Tənzimləmə Qurumunun məlumatına görə, keçən il ölkə 50,5 milyard kubmetr qaz idxal edib. Onun təxminən 30 faizi LNG şəklindədir:
“Bizim hesablamalara görə, qarşıdakı dövrdə bu həcm 40 faizə yüksələcək”.
Yaşar Arslan 2025-2027-ci illərdə 36,1 milyard kubmetr boru qaz tədarükü üzrə illik müqavilələrin başa çatacağını bildirib:
“Hesab edirəm ki, mövcud müqavilələrin yenilənməsi üçün əlverişli şərait yaradılacaq”.
Musavat.com
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ