Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi, general Kit Kelloq ilə görüş keçirib. Görüşdə əsas diqqət döyüş meydanındakı vəziyyətə və Kiyev ilə Vaşinqton arasında əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Musavat.com xəbər verir ki, Zelenski sosial şəbəkədə paylaşım edərək bildirib: “ABŞ prezidentinin xüsusi nümayəndəsi general Kit Kelloq ilə görüşdüm. Ona cəbhədəki vəziyyət barədə məlumat verdim. Həmçinin Ukrayna və ABŞ arasında əməkdaşlığın inkişafını müzakirə etdik, xüsusilə dronlar və Amerika silahlarının alınmasına dair qarşılıqlı faydalı razılaşmalar barədə fikir mübadiləsi apardıq”.
Ukrayna prezidentinin saytında yayılan açıqlamaya görə, Kiyev bu cür müqavilələrin yaxın vaxtlarda Vaşinqtonla bağlanmasında maraqlıdır. Ukrayna rəhbərliyi hesab edir ki, ABŞ ilə silah və texnologiya sahəsində əməkdaşlığın gücləndirilməsi ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsində həlledici rol oynayacaq.
Musavat.com
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ