Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sabiq rəhbərlərinə – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyana qarşı növbəti dəfə sərt ittihamlar səsləndirib. O, onları seçkiləri saxtalaşdırmaqda, Ermənistanın üçüncü respublikasını uçuruma aparmaqda, həmçinin həm Ermənistanı, həm də Qarabağı müharibəyə sürükləməkdə günahlandırıb.
Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, özü istənilən vaxt açıq debatlara hazırdır və keçmiş rəhbərləri bir daha ictimai müzakirəyə dəvət edir.
Paşinyan bununla kifayətlənməyərək, istehzalı üslubda bəyan edib ki, onlar debat meydanına özləri ilə “Katrici, Samoyu, Gevorqu və Vazgeni də gətirə bilərlər”. Hətta o, ironiya ilə əlavə edib ki, debatları onun vaxtilə saxlandığı “Yerevan-Mərkəz” cəzaçəkmə müəssisəsində təşkil etmək olar.
Musavat.com
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ