İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna dronları Moskvanı VURDU - FOTO

Rusiya paytaxtına doğru uçan daha bir neçə pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Hadisə nəticəsində bəzi ərazilərə dron qalıqları düşüb. Hazırda həmin yerlərdə fövqəladə xidmətlərin əməkdaşları işləyir və ərazi nəzarət altına alınıb.

Musavat.com xəbər verir ki, son saatların məlumatına görə, Moskva vilayəti üzərində vurulan dronların ümumi sayı artıq 19-a çatıb. Bu, Ukraynanın Rusiyanın dərinliklərində yerləşən şəhərlərə və xüsusilə də Moskvaya qarşı həyata keçirdiyi ən kütləvi hücumlardan biri kimi qiymətləndirilir. Hərbi ekspertlərin fikrincə, bu hücumlar Rusiya paytaxtının hava müdafiə sistemlərinin gərgin sınaq qarşısında olduğunu göstərir.

Hazırda rəsmi qurumlar sakinlər arasında xəsarət alanların və ciddi dağıntıların olmadığını bildirirlər. Lakin Moskva üzərinə PUA hücumlarının intensivləşməsi regionda gərginliyi daha da artırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR