İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva hava hücumundan müdafiə üçün əlavə 500 milyon avro ayırır

Litva hava hücumundan müdafiə sistemini gücləndirmək üçün əlavə 500 milyon avro ayıracaq.

Musavat.com xəbər verir ki, bunu ölkənin müdafiə naziri Dovile Şakaliene milli televiziyada çıxışında deyib: "Biz hava hücumundan müdafiə vasitələrinə olan ehtiyacı nəzərdən keçirdik və Dövlət Müdafiə Şurasının növbəti iclasında müəyyən hava hücumundan müdafiə vasitələrinin əldə edilməsi üçün əlavə 0,5 milyard avro ayrılmasını müzakirə edəcəyik".

Nazirin fikrincə, bu məbləğ də tam müdafiə üçün yetərli deyil. O, bildirib ki, hazırkı şəraitdə Vilnüs müttəfiqləri hava hücumundan müdafiə sistemində müəyyən boşluqları aradan qaldırmağa kömək edirlər: "Çox yaxında bizə hansı əlavə qüvvələr və hansı müttəfiq ölkələrin həm radarlar, həm də döyüş sistemləri ilə bağlı bizə kömək edəcəyi barədə məlumat əldə edəcəyik".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR