Onlayn ictimai-siyasi qəzet
Samvel Karapetyan Ermənistan vətəndaşıdır və bütün digər vətəndaşlar kimi seçkilərdə iştirak etmək hüququna malikdir.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu “Taşir” Şirkətlər Qrupunun həbsdəki rəhbəri, rusiyalı milyarder Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan baş nazir Nikol Paşinyanın bəyanatına reaksiyasında deyib.
N.Paşinyan daha sonra deyib ki, Karapetyan siyasi qüvvə yaratmaq istəyirsə, “başqa ölkənin vətəndaşlığından imtina etməlidir”. Bubunla o, “Taşir” Şirkətlər Qrupunun rəhbərinin də Rusiya vətəndaşlığına malik olduğuna eyham vurub.
Milyarderin qardaşı oğlu isə bildirib ki, Samvel Karapetyan “Öz yolu ilə” hərəkatının ideoloji lideridir. Artıq müzakirə olunan partiyanın yaradılmasına gəlincə, o, bu ilin sonuna kimi yaradılacaq.
Narek Karapetyan əmin edib ki, iş adamı heç vaxt həbsdən azad olunmaq üçün hakimiyyətlə hər hansı bir qaranlıq sövdələşməyə getməyəcək.
Musavat.com
30 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ