İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya buraxılmayan Namiq Qaraçuxurludan xəbər var

Rusiyaya buraxılmayan meyxanaçı Namiq Qaraçuxurdan xəbər var.

Musavat.com-a açıqlama verən meyxanaçının köməkçisi İlkin Şükürov (qardaşı oğlu - red.) bildirib ki, onlar artıq Rusiyadadırlar: 

"Hər şey qaydasındadır. 9 saat Namiq bəyi, 5 saat da məni buraxmadılar. Hazırda Rusiyadayıq. Heç bir narahatlıq, problem yoxdur". 

Qeyd edək ki, qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. İfaçının köməkçisi İlkin Şükürovun da (qardaşı oğlu - red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra Namiq Qaraçuxurlu da, İlkin sərbəst buraxılıb. 

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR