Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Çanaqqala vilayətinin Eceabat rayonu sahillərində qeyri-qanuni mühacirləri daşıyan qayıq batıb.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, hadisə ilə bağlı Çanaqqala valisi İlhami Aktaş açıqlama verib.
İlkin məlumatlara görə, 2-si körpə olmaqla 14 nəfər həyatını itirib.
Bölgədə itkin düşənlərin tapılması istiqamətində işlər davam etdirilir.
V.Aktaş son açıqlamasında qayıqda neçə nəfərin olduğu barədə dəqiq məlumatın olmadığını bildirib.
Musavat.com
08 Oktyabr 2025
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ