İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə öldürülən rus qadının rəfiqəsi: “Qatilin ailəyə yaxınlaşması yasaqlanmışdı”

Keçmiş həyat yoldaşını və onun 15 yaşlı qızını öldürməkdə şübhəli bilinən Litva vətəndaşının İrina Dvizovaya yaxınlaşması qadağan edilibmiş.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki,bu bu barədə öldürülən qadının rəfiqəsi jurnalistlərə danışıb.

Qadın bildirib ki, cütlük çoxdan boşanıb, onları yalnız ortaq oğulları bağlayır. Hazırda həmin oğlan qatil atası ilə birlikdə Türkiyəni tərk edib.

Şahid qadın İrinanın keçmiş ərinin Dvizovaya qarşı amansız olduğunu deyib: “Polis Türkiyədə onun Dvizovaya və ailəsinə yaxınlaşmasına qadağa qoymuşdu. O, Türkiyədə yaşamırdı, Litva vətəndaşlığı var...”.

Rəfiqəsi İrinanı mehriban və parlaq bir insan kimi xarakterizə edib.

Ötən gün 42 yaşlı İrina Dvizova və onun 15 yaşlı qızının cəsədləri Türkiyənin Bodrum şəhərinin ətrafında yol kənarında görünüb. Cinayət qurbanları mələfələrə bükülmüş halda olublar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR