İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyədə kişi qalmayıb, biz kişi olduq, onlar qadın"

Danla Bilic Hülya Avşarın "YouTube" proqramında şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.

Verilişdə "Türkiyədə kişi qalmayıb. Biz kişi olduq, onlar qadın" sözləri ilə mübahisə yaradan Danla Bilicə istifadəçilərdən biri sərt reaksiya verib. Danla həmin şərhi gördükdən sonra cavab verib və təklifi gündəm olub.

"YouTube"da yayımladığı makiyaj videoları ilə tanınan və sonradan geniş izləyici kütləsinə sahib olan sosial media fenomeni Danla Bilic son zamanlarda etdirdiyi estetik əməliyyatlar və münasibətləri ilə gündəmə gəlirdi. Uzun müddətdir ki, "YouTube" üçün məzmun yaratmayan Danla Hülya Avşarın YouTube verilişində qonaq olub. Proqramda şəxsi həyatı ilə bağlı müxtəlif açıqlamalar verən Bilic açıqlamaları ilə qalmaqala imza atıb.

Hülya Avşarın suallarını cavablandıran Bilic "Türkiyədə kişi qalmayıb. Həmişə ağlayırlar, həmişə istəyirlər. Biz kişi olduq, onlar qadın" sözləri ilə qalmaqala səbəb olub. Bu açıqlamasından sonra xüsusən kişi istifadəçilər fenomeni təhqir etməyə başlayıb.

Müzakirələr və reaksiyalar davam edərkən istifadəçilərdən biri Danla Bilic-ə "Bu prenseslərlə evlənərkən evi, maşını, hər növ xərcləri biz çəkəcəyik, amma yemək hazırlamağa, şüşə silməyə çatanda gender bərabərliyi yada düşür. Çox kişi istəyirsinizsə, aşirətə gedin, orda günde 200 fincan çay daşıyanda ağlınız başınıza gələr" şərhini yazıb.

Bu şərhi görən Danla Bilic isə X hesabından "Sən şüşə silsən mən sənə ev, maşın alaram" şərhi ilə reaksiya verib.

Qeyd edək ki, Danla Bilic Bakıya gələn zaman tədbirdəki şəxsləri "zooparkdakılar" adlandıraraq qalmaqala səbəb olmuşdu./Milli.Az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR