İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə israillilərə hücumla bağlı saxlanılan 4 iranlı barədə HÖKM ÇIXARILDI

İstanbulda israillilərə hücumla bağlı saxlanılan 4 iranlı şübhəli barədə hökm çıxarılıb.

Konkret.az xəbər verir ki, bu barədə İstanbul Prokurorluğundan məlumat verilib. Məlumatda görə, İsrail vətəndaşlarına hücum etməkdə ittiham olunaraq Türkiyədə saxlanılan 8 iranlı şübhəlidən 4-ü haqqında həbs qərarı çıxarılıb.

Saxlanılanlardan 7-nin təhlükəsizlik idarəsində istintaqının sona çatdığı bildirilir.

İstanbul Prokurorluğu iki şübhəlini polis idarəsinə təhvil verib və dindirmə prosesi başa çatdıqdan sonra onlardan beşi haqqında həbs qərarı çıxarıb.

İş üzrə hakim həmçinin təqsirləndirilənlərdən dördünün həbsi, digərinin isə şərti olaraq azadlığa buraxılması barədə qərar çıxarıb.

Xatırladaq ki, iyunun 23-də Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) və polisin kəşfiyyat və terrorizmə qarşı mübarizə bölməsinin İstanbulun Bəyoğlu, Bəylikdüzü və Böyükçəkməcə bölgələrində apardığı əməliyyatlar nəticəsində İrana bağlı 8 terrorçu saxlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR