İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ifaçını mahnıya görə öldürdülər

Türkiyədə musiqiçi, gitara ifaçısı Onur Şener mahnıya görə öldürülüb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə müğənni Haluk Levent bildirib.

Belə ki, Ankaranın Çankaya rayonunda gecə klubunda üç nəfər naməlum şəxs musiqiçi Onur Şenerdən mahnı ifa etməsini istəyiblər. Musiqiçi mahnını bilmədiyini deyəndə həmin adamlarla Şener arasında mübahisə başlanıb və onlar butulkaları qıraraq musiqiçiyə atmağa başlayıblar. Şüşə qırıqları sənətçinin boynuna batıb. Hadisə yerinə polislər və tibb işçiləri gəliblər.

Xəstəxanaya aparılan ifaçının həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar üç nəfər nəzarətə götürülüb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR