Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Qars şəhərində sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər ölüb, daha 22 sərnişin yaralanıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa-Qars ekspedisiyasını həyata keçirən sərnişin avtobusu Ərzurum-Qars avtomobil yolunun Sarıqamış rayonu Karakurt kəndinin girişində 50 metr hündürlükdən aşıb.
Hadisə yerinə təcili yardım, xilasedicilər, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları və jandarm cəlb edilib.
Yaralılar təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.
Vəziyyəti ağır olan yaralılardan biri təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ