İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə daha 143 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir vilayətində 143 qanunsuz miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələrinə İzmirin Menderes rayonunda bir qrup qanunsuz miqrantın olması ilə bağlı məlumat daxil olub. Aparılan araşdırma nəticəsində onlardan 105-i ölkəni tərk etmək məqsədilə qayığa minərkən saxlanılıb. İstintaqın davamı olaraq bölgədə daha 38 miqrant saxlanılıb. Bununla yanaşı, onlara kömək göstərməkdə şübhəli bilinən iki nəfər nəzarət altında alınıb.

Miqrantlar ölkələrinə geri göndərilmək üçün Türkiyənin aidiyyəti qurumlarına təhvil veriliblər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR