Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Ərzurum vilayətindəki Palandökən dağ-xizək kurortunda dekabrın 21-də baş verən qar uçqunu nəticəsində beş nəfər xəsarət alıb.
Bu barədə “Report” Türkiyənin "NTV Spor" telekanalına istinadən xəbər verir.
"Qar uçqunu Ərzurumda Palandökən dağında düşərgə quran Türkiyə milli cüdo komandasının Sultan Səkisi bölgəsinə qalxdığı zaman baş verib. Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Onlardan 16 yaşlı idmançı Emre Yazgan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, reanimasiyadadır", - məlumatda bildirilib.
Palandökən kurortu Türkiyənin şimal-şərqində, Ərzurum şəhərindən 6 kilometr məsafədə yerləşir.
30 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ