İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə bu partiyanın namizədi bazar günü bəlli olacaq

Məmləkət Partiyası sosial media hesabında açıqlama yayıb.

Musavat.com xəbər verir ki, açıqlama tviter üzərindən paylaşılıb. Bildirilib ki, bazar günü partiya namizədini seçəcək:

“Martın 12-si bütün üzvlərimizin iştirakı ilə keçirəcəyimiz ilkin seçki ilə partiyamızın prezidentliyə namizədini müəyyən edəcəyik. Partiyanın Nizamnaməsinin 66-cı maddəsinə əsasən, namizəd “Prezidentliyə namizədlik” partiyamızda qeydiyyatdan keçmiş bütün üzvlərimizin iştirakı və ilkin seçkilərlə müəyyən edilir. Namizəd olmaq istəyənlər nizamnaməyə uyğun olaraq Baş Katibliyə müraciət etməlidirlər.

Nəzərinizə çatdırırıq ki, proses başlayıb”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR