İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə azərbaycanlı müğənnini döyən taksi sürücüsü: "Məni söyüşlərlə təhqir etməyə başladı"

Xəbər verdiyimiz kimi, Azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda taksi sürücüsünün hücumuna məruz qalıb.

Musavat.com manset.az-a istinadən xəbər verir ki, müğənniyə hücum etdiyi iddia edilən taksi sürücüsü Ahmet Kuruoğlu hadisə barədə danışıb. O, müğənninin söylədiklərini təkzib edib: 

"Kiçik qəza oldu. Maşınıma arxadan vurdu. Keçmiş olsun dedim. O, içkili olduğu üçün  söyüşlərlə məni təhqir etməyə başladı. Üzümü, qollarımı dırnaqları ilə cırmağa başladı. Onu sakitləşdirmək istədim. Onun əllərindən tutdum. Ətrafdakılar sanki mən onu döyürdüm kimi linç etməyə başladılar. Müğənninin məqsədi taksi sürücülərini şərləməkdir. Mən gecələr namusumla işləyib pul qazanmağa çalışıram.O məni döydü. Mən də ondan şikayət edirəm. Mənim döyülməyimlə bağlı əlimdə rəsmi sənədim var".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR