Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Bartın bölgəsində dabaq xəstəliyi səbəbindən 90 kənd karantinə alınıb.
Musavat.com yerli mediaya istinadən xəbər verir ki, kəndlərdə heyvanların giriş-çıxışı və satışı müvəqqəti olaraq qadağan edilib.
Xəbərdə qeyd edilir ki, həyata keçirilən tədbirlər nəticəsində Abdipaşa və Akçamescit heyvan bazarları da müvəqqəti bağlanıb.
"Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsi bölgədə inzibati və elmi tədbirlər görülərək peyvənd işlərinə başlanıldığını və tədbirlərə əməl etməyənlərə 46 min 159 lirə inzibati cərimə tətbiq ediləcək" , - deyə qeyd edilib.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ