İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə vətəndaşı Suriyada BRİQADA GENERALI təyin olundu - FOTO

61 illik BƏƏS rejiminin devrilməsindən sonra Suriyada yeni dövr başlayır və müvəqqəti hökumət kadr təyinatlarını davam etdirir. Əhməd əş-Şaranın rəhbərlik etdiyi Suriya müvəqqəti hökuməti nazirliklərə diqqətçəkən şəxslər təyin etməklə yanaşı, komandanlıq səviyyəsində də dəyişikliklər edir.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Suriya müvəqqəti hökumətinin Müdafiə Nazirliyi HTŞ lideri Əhməd əş-Şaranın təsdiqi ilə bəzi silahlı qrupların komandirlərinin hərbi rütbələrini artırıb.

Yeni siyahıda general və polkovnik rütbəsinə yüksələn Suriya mənşəli olmayan 7 şəxs diqqət çəkir. Baş komandan Əhməd əş-Şara tərəfindən imzalanan fərmanla 49 nəfərlik yeni təyinat siyahısı açıqlanıb və bu qərarın mart ayına qədər qüvvədə olacağı bildirilib. Siyahıda Türkiyə, Albaniya, Türkmənistan, Şərqi Türkistan, İordaniya, Mərakeş və Misir mənşəli komandirlər yer alıb.

“Muxtar Türki” ləqəbi ilə tanınan Türkiyə vətəndaşı Ömər Məhəmməd Çiftçi yeni Suriya Ordusuna briqada generalı təyin edilib. Suriya vətəndaşlığını aldıqdan sonra ilk fərmanla bu rütbəyə yüksələn Çiftçi Nusra Cəbhəsi dövründən bəri Əhməd əş-Şaranın yanında fəaliyyət göstərir.

Fərmana əsasən, Fələstin əsilli İordaniya vətəndaşı Əbdürrəhman Hüseyn Xatib də briqada generalı rütbəsinə yüksəlib.

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR